Fransa hərbçiləri Rusiya kölgə donanmasına aid Sen-Nazer limanında dayanmış "Boracay" neft tankerinə daxil olublar.
Bizim.Media AFP-yə istinadla xəbər verir ki, Benin bayrağı altında üzən bu gəmi Avropa İttifaqının sanksiyaları altındadır.
Həmçinin sözügedən tanker Danimarka üzərində pilotsuz uçuş aparatlarının buraxılmasında iştirakda şübhəli bilinir.
"MarineTraffi"in məlumatına əsasən, gəmi Primorskdan çıxaraq Baltik dənizindən, Şimal dənizindən və La-Manş boğazından keçib. Fransa sahillərində isə onu Fransa Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisi müşayiət edib.
Son məlumata görə "Boracay" tankerinin iki ekipaj üzvü artıq saxlanılıb.
Bizim.Media