“TikTok” ABŞ-də Trampa yaxın iş adamına satılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
Məlumata görə, platforma Susquehanna International şirkətindən Ceff Yassa və General Atlantic Partnersdən Bill Forda satılacaq. Şirkətin dəyəri 50 milyard dollar olaraq qiymətləndirilir və bir çox kiçik investorlar bu şirkətdə pay uğrunda mübarizə aparır.
Nəşrin məlumatına görə, ABŞ və Çin TikTok-un ABŞ-də qadağan edilməsinin qarşısını alacaq bir razılaşmaya yaxınlaşıblar.
Razılaşmaya əsasən, Pekin amerikalı mütəxəssislərə məşhur tətbiqin məxfi tövsiyə alqoritmini kopyalamağa və onu əvəz etməyə icazə verəcək.
Bizim.Media