Ötən həftə vəfat edən məşhur italiyalı modelyer-dizayner Corcio Armani haqqında film çəkiləcək.
Bizim.Media xəbər verir ki, “moda kralı”, “Made in Italy”nin yaradıcısı”, “Stil ikonası” kimi bir çox titulları ilə tanınan Corcio Armani haqqında “Armani - moda kralı” adlı bioqrafik film hazırlanır.
İtalyan moda əfsanəsinin həyatından bəhs edən filmin prodüseri italiyalı Andrea İervolinodur.
Corcio Armaninin şəxsi və peşəkar inkişafını araşdıracaq filmin ssenarisini Bobbi Moresko yazacaq. Aktyorlar və filmin təqdimat tarixi barədə məlumat verilməyib.
Xatırladaq ki, Corcio Armani sentyabrın 4-də qaraciyər çatışmazlığından 91 yaşında vəfat edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:47 / 11.09.2025
Corcio Armani haqqında film çəkiləcək
Hazırda oxunan: Corcio Armani haqqında film çəkiləcək
Hazırda oxunan: Corcio Armani haqqında film çəkiləcək
269945
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.