DƏHŞƏT: Rusiya ordusu pensiya almağa gələn ukraynalıları öldürdü – FOTO/VİDEO

DƏHŞƏT: Rusiya ordusu pensiya almağa gələn ukraynalıları öldürdü – FOTO/VİDEO

Hazırda oxunan: DƏHŞƏT: Rusiya ordusu pensiya almağa gələn ukraynalıları öldürdü – FOTO/VİDEO

269545

Donetsk vilayətinin Yarovaya qəsəbəsinə endirilən hava zərbəsi nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Suspilne. Studia”nın efirində Lyman şəhər hərbi administrasiyasının rəhbəri Aleksandr Juravlyov məlumat verib.

Onun sözlərinə görə, 18 nəfər yaralanıb, onlardan 3-nün vəziyyəti ağırdır.

“Suspilne” qeyd edir ki, ölənlərin əksəriyyəti pensiya növbəsində dayanan yaşlı insanlar və “Ukrpoçta”nın əməkdaşlarıdır.

Hazırda administrasiyanın əməkdaşları zərbə yerinə yaxın evləri gəzərək dəqiq ölən və yaralananların sayını müəyyənləşdirirlər. Həmçinin, poçt və pensiya ödənişlərinin daha təhlükəsiz yerə köçürülməsi variantı müzakirə olunur.

Yarovaya qəsəbəsi cəbhə xəttindən cəmi 8 km məsafədə yerləşir.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO