Süni intellektdə NÖVBƏTİ İNQİLAB: Ürək xəstəliklərinə 15 saniyədə diaqnoz qoyulur

Süni intellektdə NÖVBƏTİ İNQİLAB: Ürək xəstəliklərinə 15 saniyədə diaqnoz qoyulur

Hazırda oxunan: Süni intellektdə NÖVBƏTİ İNQİLAB: Ürək xəstəliklərinə 15 saniyədə diaqnoz qoyulur

269056

Böyük Britaniyadan olan həkimlər ürək çatışmazlığını, ürək ritminin pozulmalarını və digər ürək xəstəliklərini aşkar edə bilən inqilabi qurğunu təqdim ediblər.

Bizim.Media xəbər verir ki, layihə London İmperial Kollecinin və İmperial Kolleci NHS Səhiyyə Fondunun tədqiqatçıları tərəfindən hazırlanıb.

Kaliforniyanın “Eko Health” şirkəti tərəfindən istehsal olunan cihaz ölçüsünə görə oyun kartı ilə müqayisə oluna bilər.

O, xəstənin sinəsinə yerləşdirilir, EKQ göstəricilərini qeydə alır və ürəkdə qan dövranının səslərini yazır. Toplanan məlumatlar buluda ötürülür, burada süni intellekt alqoritmləri insan qulağına çatmayan ən kiçik dəyişiklikləri analiz edir. Bir neçə saniyə ərzində nəticə həkimin smartfonuna göndərilir.


Doktor Patrik Bextigerin sözlərinə görə, klassik stetoskopun quruluşu 200 ildən çox dəyişməz qalıb və yalnız indi 15 saniyəlik müayinədən sonra süni intellekt nəticəni sürətlə təqdim edə bilən imkan yaranıb.

Tədqiqatda Böyük Britaniyanın 200 həkim praktikası üzrə 12 000 pasiyent iştirak edib. Yeni stetoskop vasitəsilə aparılan müayinələrin nəticələri göstərib ki:

ürək çatışmazlığı diaqnozu iki dəfə daha tez qoyulub,

qulaqcıq fibrilasiyası (ürəyin mədəcik üstü aritmiyası) üç dəfə daha tez aşkarlanıb,

ürək qapaqları qüsurları isə demək olar ki, iki dəfə daha tez müəyyən olunub.

Yeni alət ürək xəstəlikləri diaqnozunun qoyulmasını əhəmiyyətli dərəcədə sürətləndirir.

Bununla belə, alimlər xəbərdarlıq edirlər ki, cihaz bəzən yalnış nəticələr də verə bilər. Buna görə də onun yalnız ürək problemlərinin simptomları olan pasiyentlərdə tətbiqi, sağlam insanların profilaktik müayinələrində isə istifadəsi tövsiyə edilmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO