İsrailin baş naziri Benyamin Netanyahu Misir XİN-in Qəzza sakinlərinin köçürülməsi ilə bağlı bəyanatına cavab verib.
Bizim.Media xəbər verir ki, İsrail baş nazirinin ofisi Misir Xarici İşlər Nazirliyinin bəyanatını tənqid edib.
Həmin bəyanatda Qəzza sakinlərinin köçürülməsi Qahirə üçün “qırmızı xətt” adlandırılmışdı.
Netanyahunun ofisindən bildirilib ki, Misir XİN-i döyüş zonasını tərk etmək istəyən Qəzza sakinlərini öz iradələrinə zidd olaraq həbs etməyi üstün tutur.
Bundan əvvəl isə Misirin Xarici İşlər Nazirliyi bildirmişdi ki, köçürülmə “Fələstin məsələsinin məhvi və sonu deməkdir”. Bəyanatda vurğulanmışdı: “İnsanların doğma torpaqlarından çıxarılmasının heç bir hüquqi, mənəvi və ya etik əsaslandırması yoxdur”.
Bizim.Media

- A-
- A
- A+
Dünya
21:54 / 05.09.2025
Netanyahu Misir XİN-in Qəzza sakinlərinin köçürülməsi ilə bağlı bəyanatını TƏNQİD ETDİ
Hazırda oxunan: Netanyahu Misir XİN-in Qəzza sakinlərinin köçürülməsi ilə bağlı bəyanatını TƏNQİD ETDİ
Hazırda oxunan: Netanyahu Misir XİN-in Qəzza sakinlərinin köçürülməsi ilə bağlı bəyanatını TƏNQİD ETDİ
268946
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.