Rusiyada miqrantlarla bağlı YENİ SİSTEM – Bu yolla izləyəcəklər

Rusiyada miqrantlarla bağlı YENİ SİSTEM – Bu yolla izləyəcəklər

Hazırda oxunan: Rusiyada miqrantlarla bağlı YENİ SİSTEM – Bu yolla izləyəcəklər

267098

Rusiyanın paytaxtı Moskva şəhərində miqrantların izlənməsi üçün yeni sistem tətbiq olunacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin “Komsomolskaya Pravda”ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu mexanizm pandemiya dövründə işləyən sosial reyestr sisteminə bənzəyəcək:
 

“1 sentyabrdan daha bir sistemi işə salırıq. Koronavirus vaxtı olduğu kimi, xüsusi tətbiq vasitəsilə öz mövqeyini təsdiqləmək lazım gələcək. İndi isə oxşar proqram miqrantlar üçün tətbiq ediləcək və biz onların harada olduqlarını biləcəyik”.


Qeyd edək ki, Moskvanın bütün hava limanlarında miqrantlar üçün biometrik nəzarət tətbiq olunub. Bundan əlavə, Moskvada “miqrant kartı” istifadəyə veriləcək. Bu elektron kartda miqrant haqqında bütün məlumatlar toplanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO