Kiyevdən Moskvaya ÇAĞIRIŞ: “İstənilən yerdə və formatda görüşə hazırıq”

Kiyevdən Moskvaya ÇAĞIRIŞ: “İstənilən yerdə və formatda görüşə hazırıq”

Hazırda oxunan: Kiyevdən Moskvaya ÇAĞIRIŞ: “İstənilən yerdə və formatda görüşə hazırıq”

267089

ABŞ dövlət katibi Marko Rubio Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və Avropa diplomatları ilə danışıqlar aparıb. Tərəflər Ukraynada müharibəyə son qoymaq istiqamətində səyləri müzakirə ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir.

“Dövlət katibi, xarici işlər nazirləri və ali nümayəndə diplomatik səyləri davam etdirmək, Rusiya və Ukrayna arasında danışıqlar əsasında dayanıqlı nizamlanmaya nail olmaq barədə razılığa gəldilər”, – açıqlamada qeyd olunub.

Ukraynanın XİN rəhbəri Andrey Sibiqa danışıqlar barədə “X” sosial şəbəkəsində açıqlama verib.

“Mən ABŞ tərəfindən təşkil edilən, Ukraynanın sülh yoluna və təhlükəsizlik təminatlarına həsr olunmuş mühüm görüşdə iştirak etdim. Dövlət katibi Rubioya səylərinə, Prezident Trampa isə sülhpərvər liderliyinə görə minnətdaram”, – deyə Sibiqa vurğulayıb.

O, Ukraynanın mövqeyini bir daha təsdiqləyib: təhlükəsizlik təminatlarının “konkret, hüquqi cəhətdən məcburi və effektiv” olmalı olduğunu bildirib.

“Bu təminatlar hərbi, diplomatik, hüquqi və digər səviyyələri əhatə etməlidir. Biz hamımız əminik ki, Ukrayna ordusu bu təminatların fundamental halqasıdır və onun maksimal gücləndirilməsi əsas prioritetimizdir”, – deyə nazir əlavə edib.

Sibiqa həmçinin Ukraynanın sülhə doğru addımlar atmağa hazır olduğunu bildirib:

“Biz istənilən formatda və məkanda liderlər səviyyəsində görüşlərə hazırıq. Qətllərə son qoymağa və diplomatiyaya şans verməyə hazırıq”.

Eyni zamanda nazir qeyd edib ki, əgər Rusiya vaxtı uzatsa və sülhə doğru real, konstruktiv addımları rədd etsə, o zaman sanksiyaların sərtləşməsi və Ukraynanın potensialının gücləndirilməsi ilə üzləşəcək.

Qeyd edək ki, Görüşdə həmçinin Finlandiyanın xarici işlər naziri Elina Valtonen, Fransanın xarici işlər naziri Jan-Noel Barro, Almaniyanın xarici işlər naziri Yohan Vadeful, İtaliyanın xarici işlər naziri Antonio Tayani, Polşanın xarici işlər naziri Radoslav Sikorski, Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas iştirak ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO