ABŞ prezidenti Donald Trampın administrasiyası Avropa İttifaqı və ya ayrı-ayrı Avropa ölkələrinin rəsmilərinə qarşı sanksiyaların tətbiqini nəzərdən keçirir. Buna səbəb kimi həmin şəxslərin Aİ-nin “Rəqəmsal xidmətlər haqqında” qanununu (Digital Services Act, DSA) həyata keçirməsi göstərilir.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, məsələ ilə bağlı ABŞ rəsmiləri ötən həftə məsləhətləşmələr aparıblar.
Lakin Vaşinqton hələ Brüsselə qarşı məhdudiyyətlərlə bağlı yekun qərar verməyib. Bundan başqa, hansı konkret tədbirlərin görüləcəyi və mümkün sanksiyaların kimləri əhatə edəcəyi dəqiq deyil.
Xatırladaq ki, avqustun 7-də “Reuters” Ağ Evin ABŞ diplomatlarına Avropada DSA-ya qarşı fəallığı artırmaq, həmçinin bu qanuna qarşı Avropada müxalif mövqelərin formalaşması üçün “lobbiçilik kampaniyası”na başlamaq barədə göstəriş verdiyini yazmışdı.
ABŞ tərəfi hesab edir ki, sözügedən qanun söz azadlığını məhdudlaşdırır və Amerika texnologiya şirkətlərinə əlavə xərclər yaradır.
Avropa Komissiyası sədrinin müavini, texnoloji suverenlik, təhlükəsizlik və demokratiya məsələləri üzrə avrokomissar Henna Virkkunen isə bildirib ki, Brüssel ABŞ-la ticarət danışıqları zamanı Aİ-nin əsas rəqəmsal qanunvericilik aktlarına, o cümlədən “Rəqəmsal xidmətlər haqqında” və “Rəqəmsal bazarlar haqqında” qanunlara dəyişiklikləri müzakirə etməyəcək.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:04 / 26.08.2025
Ağ Evdən GÖZLƏNİLMƏZ ADDIM - Avropa İttifaqına qarşı sanksiyalar GÜNDƏMDƏ
Hazırda oxunan: Ağ Evdən GÖZLƏNİLMƏZ ADDIM - Avropa İttifaqına qarşı sanksiyalar GÜNDƏMDƏ
Hazırda oxunan: Ağ Evdən GÖZLƏNİLMƏZ ADDIM - Avropa İttifaqına qarşı sanksiyalar GÜNDƏMDƏ
267066
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
XƏBƏR LENTİ
11:00
Son dövrlər aktivləşən BƏLƏDİYYƏLƏR – Onların tələb etdiyi vergiləri ÖDƏMƏLİYİKMİ? – ARAŞDIRMA

02:41