Sizi zəif göstərən 5 ifadə: Onlardan qaçın!

Sizi zəif göstərən 5 ifadə: Onlardan qaçın!

Hazırda oxunan: Sizi zəif göstərən 5 ifadə: Onlardan qaçın!

267045

Seçdiyiniz sözlər peşəkarlıq, inam və etibarlılıq təsiri yarada bilər, yaxud əksinə, sizi qərarsız göstərə bilər.

Bizim.Media "Qaynarinfo.az"a istinadən xəbər verir ki, "Unforgettable Presence” kitabının müəllifi və natiq Lorreyin K. Li "Inc.” nəşrinə açıqlamasında ən çox istifadə olunan və insanı zəif göstərən ifadələri izah edib.

Onun sözlərinə görə, aşağıdakı beş ifadədən uzaq durmaq tövsiyə olunur:
 

Düşünürəm - Bu sözlə başlanan cümlə qarşınızdakına qeyri-müəyyənlik hissi verir. Faktı bilirsinizsə, onu əminliklə ifadə edin. Sadəcə ehtimal edirsinizsə, bunu açıq şəkildə bildirin.


Bağışlayın, narahat etdim - Əksər hallarda danışdığınız məsələ sizin və ya qarşınızdakının vəzifə borcuna daxildir. Ona görə də üzr istəmək dediklərinizi dəyərsizləşdirir. Bunun əvəzinə minnətdarlığınızı ifadə etmək daha uyğundur.

Sadəcə dəqiqləşdirmək istədim - "Sadəcə" sözü cümləni zəiflədir və dediklərinizi əhəmiyyətsiz göstərir. Ondan imtina etmək mesajı daha güclü edir.
 

Mən ekspert deyiləm - Bu ifadə sizin sözlərinizin çəkisini azaldır. Əgər fikir bildirirsinizsə, onsuz da dinləyənin səbəbi var. Təcrübənizi öncədən kiçiltməyə ehtiyac yoxdur.


Hər cür köməyə hazıram - Belə ifadə sizi xırda işlər üçün "əl altında” biri kimi göstərə bilər. Daha faydalı yol bacarıqlarınızı əsas gətirərək konkret dəstək təklif etməkdir.

Mütəxəssislərin qənaətinə görə, dilin düzgün istifadəsi insanın iş mühitində nüfuzunu qoruyur, inamı gücləndirir və lazımsız zəiflik təəssüratını aradan qaldırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO