Hər kəsin brilyant tapıb evə apara biləcəyi yeganə yer

Hər kəsin brilyant tapıb evə apara biləcəyi yeganə yer

Hazırda oxunan: Hər kəsin brilyant tapıb evə apara biləcəyi yeganə yer

266922

Dünyada istirahəti qazancla birləşdirə biləcəyiniz yeganə yer ABŞ-nin Arkanzas ştatının cənub-qərbində yerləşir. Bura, "Brilyant krateri" dövlət parkıdır.

Bizim.Media xəbər verir ki, bu barədə "IFLScience" yazır.

Məlumata görə, parkda hər kəs axtarış apara və bəxti gətirsə, brilyant taparaq evinə apara bilər.

Parkın 15 hektardan artıq ərazisində təkcə brilyant deyil, həm də ametist, əqiq və kvars tapmaq mümkündür.
 

1924-cü ildə bu ərazidə ABŞ-nin ən böyük brilyantı olan "Sem dayı" aşkar edilib. Onun çəkisi 40 karatdan çoxdur.


Orta hesabla parkda gündə bir və ya iki brilyant tapılır, onlar müxtəlif rəng və ölçülərdə olur. Qiymətli daşların orta çəkisi cəmi 0,25 karat və ya təxminən 0,05 qramdır. (Oxu.Az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO