Böyük Britaniyada dördgünlük iş həftəsini seçənlərin sayı 2019-cu ildən bəri 200 min nəfərdən çox artıb.
Bizim.Media xəbər verir ki, Milli Statistika İdarəsi 2024-cü ilin oktyabr-dekabr ayları arasında ölkədə 1,4 milyon nəfər tam ştatla dördgünlük iş həftəsində çalışdığını bildirib.
Bu göstərici pandemiyadan əvvəl, 2019-cu ilin eyni dövründəki 1,29 milyon nəfərlə müqayisədə 100 mindən çoxdur.
Həmçinin ötən ilin sonunda əlavə olaraq 100 min nəfər qismən ştatla dördgünlük iş həftəsinə keçib. Bununla da, dördgünlük iş rejimində çalışanların ümumi sayı tam və qismən ştat üzrə 2,7 milyona çatıb. Bu, ölkə üzrə işçi qüvvəsinin 10,9 faizini təşkil edir. 2019-cu ildə bu göstərici 9,8 faiz olub.(axar.az)
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:50 / 24.08.2025
Bu ölkədə dördgünlük iş həftəsinə keçənlərin sayı artır
Hazırda oxunan: Bu ölkədə dördgünlük iş həftəsinə keçənlərin sayı artır
Hazırda oxunan: Bu ölkədə dördgünlük iş həftəsinə keçənlərin sayı artır
266750
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.