“ABŞ, Ukrayna və daha beş ölkənin Baş Qərargah rəisləri, eləcə də NATO-nun birləşmiş silahlı qüvvələrinin Avropadakı ali baş komandanı diplomatik səylər çərçivəsində sülhün əldə olunması məqsədilə hərbi planlar hazırlayıblar”.
Bizim.Media “RBK”ya istinadla xəbər verir ki, bu barədə ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin nümayəndəsi Cozef Holstedin bəyanatında bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Ukrayna şərtlərini AÇIQLADI – “Bunlar olmasa, danışıqlar mənasızdır”
Məlumata görə, sözügedən müzakirələr avqustun 19–20-də Vaşinqtonda keçirilib. Görüşdə ABŞ, Finlandiya, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya və Ukraynadan olan hərbçilər iştirak ediblər.
“Baş Qərargah rəisləri Avropada davamlı sülhə nail olmaq üçün danışıqları dəstəkləyəcək hərbi variantlar hazırlayıblar. Bu variantlar hər bir ölkənin milli təhlükəsizlik üzrə məsləhətçilərinə təqdim olunacaq və diplomatik proses davam etdikcə planlaşdırma və kommunikasiya davam etdiriləcək”, – bəyanatda vurğulanır.
Milli təhlükəsizlik üzrə məsləhətçilər Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin hazırlanması ilə məşğul olacaqlar.
“The Wall Street Journal” yazır ki, bu qrupa ABŞ dövlət katibi və prezidentin milli təhlükəsizlik üzrə məsləhətçisi Marko Rubio rəhbərlik edəcək. “The New York Times” isə xəbər verir ki, avqustun 21-də Rubio Avropa ölkələrinin və Ukraynanın milli təhlükəsizlik üzrə məsləhətçiləri ilə görüşərək təhlükəsizlik zəmanətlərini müzakirə edəcək.
Bizim.Media