"WhatsApp"dan YENİLİK: Artıq zənginizə cavab verilmədikdə…

"WhatsApp"dan YENİLİK: Artıq zənginizə cavab verilmədikdə…

Hazırda oxunan: "WhatsApp"dan YENİLİK: Artıq zənginizə cavab verilmədikdə…

266406

"WhatsApp" messencerində yeni funksiya yaradılıb.

Bizim.Media xəbər verir ki, bu barədə "WABetaInfo" məlumat yayıb.

Yeniliyə əsasən, artıq istifadəçilər zəngə cavab verilmədikdə qarşı tərəfə anında səsli mesaj buraxa biləcəklər.
 

Bunun üçün isə Android smartfonlarının 2.25.23.21 versiyasının zəng interfeysində "Zəngi bitir" və "Yenidən zəng et" bölmələri ilə yanaşı "Səsli mesajı yaz" düyməsi aktivləşəcək.


Həmin hissəyə toxunduqda avtomatik olaraq, səsli mesaj funksiyası aktivləşəcək və zəng etdiyiniz adama səsli mesaj buraxa biləcəksiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO