“Yeni pandemiyaya hazır olun” - ÜST-ün sədrindən ÇAĞIRIŞ 

“Yeni pandemiyaya hazır olun” - ÜST-ün sədrindən ÇAĞIRIŞ 

Hazırda oxunan: “Yeni pandemiyaya hazır olun” - ÜST-ün sədrindən ÇAĞIRIŞ 

26622

Qlobal cəmiyyət hazırda tüğyan edən koronavirus pandemiyasından dərs götürməli, yeni epidemiya və pandemiyalara hazır olmalıdır. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesusa istinadən yayıb.  

“Pandemiyanın bizə öyrətdiklərindən hamımız dərs götürməliyik”, - deyə təşkilat sədri Kiçik Ada Dövlətləri sammitində danışarkən bildirib. 

O qeyd edib ki, “yeni epidemiyalara və pandemiyalara hazır olmaq, güclü tibbi yardım əsasında bunların qarşısını almaq, aşkarlamaq və onlara qarşı vaxtında tədbir görmək üçün mümkün olan hər şeyi etmək” lazımdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO