Moskvada Stroqanov adına İncəsənət Universitetinin üç birinci kurs tələbəsi “TikTok”da paylaşdıqları video səbəbindən təhsil müəssisəsindən uzaqlaşdırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Qroza” nəşri məlumat yayıb.
Belə ki, iyunun əvvəlində qızların Moskva şəhərində Xristos Xilaskar Məbədinin fonunda rəqs etməsi böyük narazılığa səbəb olub. Pravoslav fəallar qızların rəqsini pravoslav xristianların dini hisslərini təhqir edən hərəkət kimi qiymətləndiriblər.
Bundan sonra qızların əməli Universitet Şurasında müzakirəyə çıxarılıb və onların ali təhsil müəssisəsindən xaric olunmasına qərar verilib.
Üstəlik qızlar barəsində “Cinayət Məcəlləsinin 148-ci maddəsi (“dini hisslərin təhqiri”) ilə 11 ay islah işləri cəzası verilib.
Bizim.Media