“Israel HaYom”: “Azərbaycan 44 günlük müharibə ilə öz gücünü sübut etdi”

“Israel HaYom”: “Azərbaycan 44 günlük müharibə ilə öz gücünü sübut etdi”

Hazırda oxunan: “Israel HaYom”: “Azərbaycan 44 günlük müharibə ilə öz gücünü sübut etdi”

26582

“Bu gün qürur hissi ilə deyə bilərəm ki, biz Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib, düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik”,

Bizim.Media xəbər verir ki, bunu jurnalist Şmuel Dan Elmas İsrailin nüfuzlu ivritdilli “Israel HaYom” qəzetində çıxan məqaləsində qeyd edib. 

İsrail-Azərbaycan münasibətləri üzrə ekspert Arye Qut isə məqalədə bildirib ki, Azərbaycan 30 il müstəqilliyi ərzində ilk dəfə olaraq Silahlı Qüvvələr Gününü yüksək milli ləyaqətlə qeyd edir:
 

MÖVZU İLƏ BAĞLI:

“Israel HaYom” qəzeti: Azərbaycan PA-nın rəsmi nümayəndəsi İsrailə təşəkkür edib


“Mən Azərbaycan Prezidenti İlham Əliyevi, müdafiə naziri Zakir Həsənovu, azərbaycanlı əsgər və zabitləri bu əlamətdar bayram, möhtəşəm və tarixi Qələbə münasibətilə səmimi qəlbdən təbrik edirəm. 44 günlük “Dəmir yumruq” adlı hərbi əməliyyat Azərbaycan Silahlı Qüvvələrinin erməni işğalçıları üzərində misilsiz və qüdrətli Qələbəsi və Ermənistanın tam kapitulyasiyası ilə başa çatdı.”

Arye Qutun sözlərinə görə, 10 gün bundan əvvəl Azərbaycan mina xəritələrinin müqabilində Ermənistana 15 nəfər hərbi əsir verib. Bu xəritələrdə təkcə Ağdam rayonunda 97 min minanın yeri göstərilir:

“Bu xəritələr insanların həyatının xilas olunmasına və Prezident İlham Əliyev tərəfindən regionun inkişafına istiqamətlənən layihələrin icrasının sürətləndirilməsinə kömək edəcək.

Minalanmış sahələrin xəritəsinin əldə edilməsi yüzlərlə azərbaycanlı vətəndaşın, o cümlədən minaların təmizlənməsində iştirak edən mütəxəssislərin, jurnalistlərin həyatını və sağlamlığını xilas edəcək, bərpa üzrə layihələrin icrasını sürətləndirərək, məcburi köçkünlərin evlərinə qayıtmasına kömək edəcək”.

İsrailin nüfuzlu ivritdilli “Israel HaYom” qəzeti sonda yazır:

“Azərbaycan 30 il erməni işğalı altında qalan ərazilərini azad edən qalib dövlət kimi bütün dünyaya Cənubi Qafqaz regionunda özünün artan geosiyasi, hərbi-texniki, texnoloji və diplomatik gücünü sübut etdi”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO