“COVİD-19”un daha bir qorxunc fəsadı ÜZƏ ÇIXDI

“COVİD-19”un daha bir qorxunc fəsadı ÜZƏ ÇIXDI

Hazırda oxunan: “COVİD-19”un daha bir qorxunc fəsadı ÜZƏ ÇIXDI

265818

Yeni tədqiqatın nəticələrinə əsasən, COVID-19 infeksiyası qadınlarda qan damarlarının sürətlə qocalmasına səbəb ola bilər.

Bizim.Media “Spiegel” qəzetinə istinadla xəbər verir ki, “European Heart Journal” elmi jurnalında dərc olunan araşdırma bu təsirin əsasən qadınlarda müşahidə edildiyini ortaya qoyub. 

Tədqiqat çərçivəsində 16 ölkədən 2 min 390 nəfərin məlumatları təhlil olunub və COVID-19-a yoluxmuş, həm də yoluxmamış şəxslərin qan damarlarının vəziyyəti qiymətləndirilib. 

Bu virusa yoluxmuş şəxslərdə damarların bioloji yaşı qan təzyiqinin boyun arteriyasından bud arteriyasına keçmə sürəti ilə ölçülüb. Bu ölçü göstəricisi damar sərtliyini və beləliklə də, onların yaşını müəyyənləşdirmək üçün istifadə edilib.
 

Nəticələr göstərib ki, COVID-19 virusuna yoluxmuş şəxslərdə hətta yüngül simptomatik hallarda belə, damarlar daha sərt olub. Maraqlıdır ki, bu fərq statistik olaraq qadınlarda daha geniş müşahidə edilib. Kişilərdə isə demək olar ki, heç bir fərq qeydə alınmayıb. Tədqiqatçılar bu fenomeni COVID-19 zamanı ölüm hallarının kişilər arasında daha çox olması ilə əlaqələndiriblər.


Bundan başqa, peyvənd olunmuş şəxslərdə damar sərtliyinin daha az olduğu müəyyən edilib.

Araşdırmanın nəticələrinə əsasən, reanimasiyada müalicə alan pasiyentlərdə damar qocalması təsiri 12 ay sonra əhəmiyyətli dərəcədə geri çəkilib. Bu hal intensiv müalicənin də damar sağlamlığına təsir edə biləcəyi ehtimalı kimi qiymətləndirilir.

Almaniya Ürək Fondunun sədr müavini professor Heribert Şunkert araşdırmanı müəyyən mənada “xəbərdarlıq siqnalı” adlandırıb və nəticələrin ətraflı təhlil edilməsinin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, COVID-19 kimi geniş yayılmış bir infeksiyanın damar qocalmasına təsiri cəmiyyət səviyyəsində böyük əhəmiyyət daşıyır.

Mütəxəssislər bu istiqamətdə əlavə tədqiqatların aparılmasının vacibliyini qeyd edir və nəticələrin, xüsusilə, qadınların post-COVID sağlamlığına dair daha çox diqqət tələb etdiyini bildirirlər. (azərtac.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO