Le Pen və Makronun partiyaları Fransadakı regional seçkiləri uduzdu

Le Pen və Makronun partiyaları Fransadakı regional seçkiləri uduzdu

Hazırda oxunan: Le Pen və Makronun partiyaları Fransadakı regional seçkiləri uduzdu

26560

Marin Le Penin ultra sağ “Milli Birlik” partiyası Fransadakı regional seçkilərdə uğursuzluğa düçar olub. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Fransız KİV-ləri yayıb. 

Seçkilərdən əvvəl mütəxəssislər "Milli Birliyin" 13 bölgədən ən azı ikisində qalib gələcəyini proqnozlaşdırırdılar, lakin ilk turun nəticələrinə görə, partiya onlardan yalnız birində - Provens-Alpda qalib gəlib. 

Bazar günü baş tutan ikinci turda ultra sağçılar bu bölgədə də üstünlüyü qoruya bilməyiblər. 

Müşahidəçilər bu nəticələrin səbəblərindən birinin son dərəcə aşağı səsvermə olduğuna inanırlar: Koronavirus pandemiyası və isti yay havası şəraitində bölgələrdə keçirilən bu ilki seçkilər seçicilər üçün maraqlı olmayıb. 

Regional seçkilərdə digər böyük məğlub olan Fransa prezidenti Emmanuel Makronun “İrəli, Respublika!” partiyasıdır. Birinci turun nəticələrinə görə, təmsilçiləri bütün bölgələrdə qalib gəlmək şanslarını itiriblər.  

İnterfaks agentliyi yazır ki, ultra sağçılarda olduğu kimi, Makronun partiyası da məğlub duruma düşüb. 

Nəticədə ikinci turda fransızlar sol və sağ qanaddan daha çox “ənənəvi” partiyalara üstünlük verib. Beləliklə, müxtəlif sağçı koalisiyalar ("Milli Birlik" olmadan) materik Fransanın yeddi, sol koalisiyalar isə beş bölgədə nəzarəti əldə ediblər. Digər bir bölgədə - Korsikada, zəfər ənənəvi olaraq yerli millətçilər tərəfindən qazanılır. 

Buna baxmayaraq, BFM telekanalının qeyd etdiyi kimi, bu cür nəticələrin 2022-ci ildə keçiriləcək prezident seçkiləri ərəfəsində Fransa siyasətindəki real güc nisbətini əks etdirmir.

Regional seçkilərin ikinci turu ərəfəsində Ipsos və Sopra Steria tərəfindən hazırlanan anketə görə, Makron və Le Pen hələ də prezident seçkilərində favoritdir. 

Anketə görə, prezident seçkiləri indi keçirilsəydi, ilk turda Makron və Le Pen hər biri 24% alaraq ikinci tura çıxacaqdı. Üçüncü yerdə isə sağçı siyasətçi Ksavye Bertran olacaqdı (18%). 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO