Donald Trampın Vladimir Putinlə Alyaskada görüş üçün Vaşinqtondan uçuşu sabah səhər saatlarına planlaşdırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Ağ Ev yayıb.
Xatırladaq ki, Bakı vaxtı ilə saat 23.30-da başlayacaq görüşün əsas mövzusu Ukrayna müharibəsində atəşkəsin əldə olunmasıdır.
Britaniyanın The Telegraph qəzeti yazır ki, ABŞ prezidenti Donald Tramp Ukraynada müharibənin dayandırılması üçün Rusiya prezidenti Vladimir Putinə bir sıra sərfəli təkliflər təqdim edəcək. Bu təkliflərə Rusiyanın Alyaskadakı təbii ehtiyatlara çıxışının açılması və Rusiyanın aviasiya sənayesinə qarşı tətbiq edilmiş bəzi Amerika sanksiyalarının ləğvi də daxildir.
Nəşrin iddiasına görə, ABŞ maliyyə naziri Skott Bessent atəşkəs prosesinin sürətləndirilməsi məqsədilə Rusiyaya iqtisadi güzəştlər verilməsi imkanını nəzərdən keçirir.
Bizim.Media