Vitse-prezidentdən BƏDBİN AÇIQLAMA: Tramp Ukrayna üzrə danışıqların uğurlu olacağına əmin deyil

Vitse-prezidentdən BƏDBİN AÇIQLAMA: Tramp Ukrayna üzrə danışıqların uğurlu olacağına əmin deyil

Hazırda oxunan: Vitse-prezidentdən BƏDBİN AÇIQLAMA: Tramp Ukrayna üzrə danışıqların uğurlu olacağına əmin deyil

264482

ABŞ Prezidenti Donald Tramp Ukrayna üzrə danışıqların uğurlu olacağına əmin deyil.

Bizim.Media xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens “Fox News” telekanalına müsahibəsində deyib.
 

"Prezident bu gün mənə dedi: "Bəlkə, bu, işə yarayacaq. Bəlkə də, olmayacaq. Amma cəhd etməyə dəyər", - o bildirib.


Vitse-prezident ABŞ və Rusiya liderlərinin görüşünü ABŞ diplomatiyası üçün mühüm irəliləyiş adlandırıb.
 

Onun sözlərinə görə, Vaşinqton məsələnin həlli üçün indiki təmas xəttindən başlayır və həm rusiyalıların, həm də ukraynalıların yaşaya biləcəyi həll yolu tapmaq istəyir.


“Əgər biz Rusiya ilə Ukrayna arasında mövcud təmas xəttini götürsək, həm rusiyalıların, həm də ukraynalıların nisbətən dinc yaşaya bildiyi nizamlanmaya nail olmağa çalışacağıq", - o deyib.
 

Bununla yanaşı Vens vurğulayıb ki, ABŞ Ukrayna hərbi sənayesini maliyyələşdirməyi dayandırır və diqqətini sülh yolu ilə nizamlanmaya nail olmağa yönəldir.


"Prezident və mən hesab edirik ki, ABŞ Ukraynanın hərbi sənayesini kifayət qədər maliyyələşdirib. Amerikalılar pullarını, vergilərini bu münaqişəyə göndərməkdən yorulublar", - vitse-prezident qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO