Tramp: “Bayden iqtisadiyyatımızı və ölkəmizi çökdürəcək”

Tramp: “Bayden iqtisadiyyatımızı və ölkəmizi çökdürəcək”

Hazırda oxunan: Tramp: “Bayden iqtisadiyyatımızı və ölkəmizi çökdürəcək”

26420

ABŞ-ın keçmiş prezidenti Donald Tramp prezident Co Baydenin iqtisadi siyasətini, habelə Çin və Rusiya ilə münasibətlərini, “Şimal Axını 2” qaz kəmərinin açılması ilə bağlı mövqeyini kəskin tənqid edib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Washington Examiner” nəşri yayıb.

“Bayden iqtisadiyyatımızı və ölkəmizi məhv edəcək. O, Amerikanın “Keystone XL” boru kəmərini və amerikalı işçilər üçün 48.000 iş yerini ləğv edib, ancaq Avropaya gələn Rusiya boru kəmərini təsdiqləyib. Avropaya boru kəmərini dayandırdım, yuxarıdan aşağıya doğru sanksiyalar tətbiq etdim. Eyni zamanda Putinlə yaxşı münasibətim var idi”, - deyə Tramp Ohayo ştatındakı mitinqdə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Tramp: “Elə etmək lazımdır ki, Co Bayden əlini-əlinin üstünə qoysun və heç nə etməsin!”


ABŞ-ın keçmiş prezidenti Rusiya ilə münasibətlərə də toxunaraq rəsmi Berlinin “boru kəməri üçün Moskvaya milyardlarla dollar ödəməsinə” baxmayaraq Almaniyanı Rusiyadan qorumağa çalışdığını vurğulayıb.

“O, (Angela Merkel nəzərdə tutulur) mənim çox xoşuma gəlir, yaxşı münasibətlərim var. Sərt və ağıllıdır, ABŞ-dan istifadə edir. Mən dedim ki, "Angela, səni milyardlar verdiyin ölkədən qoruyuruq. Bu, necə ola bilər?”. O, bu suala cavab vermədi, sadəcə gülümsədi”, - deyə Tramp əlavə edib.

O, qeyd edib ki, ABŞ enerji müstəqilliyinə qovuşub, ancaq bu müstəqillik sona çatacaq. Tramp Baydenin dünya səhnəsindəki mövqeyini "yöndəmsiz" adlandırıb:

“O, Çinin qarşısında “əsir”, Amerikanın düşmənlərinə boyun əyir, dünya səviyyəsində ölkəmizi biabır edir və qazandığımız hörməti “yerə vurur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO