Rusiya mətbuatının araşdırmasına görə, Qarabağın işğalı dövründə ABŞ hər il 38 milyon dollar civarında bu bölgəmizə sərmayə yatırıb. Amerikan şirkətlərində separatçılar üçün 1725 daimi iş yeri yaradılıb.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Azərbaycan öz torpaqlarını azad etdikdən sonra bəzi ABŞ konqresmenləri öz cinayətlətini ört-basır etmək üçün bəyanatlar imzalamağa başlayıblar.
Hələ inaqurasiya mərasimi belə keçirilməyən prezident Ço Baydenə ermənipərəst konqresmenlər Adam Şiff, Frank Pallone və Ceki Spayer məktub ünvanlayıb şikayət ediblər ki, 907-ci düzəliş yenidən qüvvəyə minsin. Bununla onlar Azərbaycana hərbi yardımların dayandırılmasına çağırıblar.
Buna təhrik edən səbəb isə Azərbaycanın öz torpaqlarını erməni işğalından azad etməsi olub.
Çünki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi ABŞ-ın ermənipərəst konqresmenləri bu və digər formada Azərbaycan ərazisi olan Qarabağda qanunsuz fəaliyyət göstərən şirkətlərlə əlaqədə olub, işğal olunmuş torpaqlar üzərindən böyük pullar qazanıblar.
Rusiyanın “Sekret Firma” jurnalının xüsusi müxbiri Viktor Feşenko bu barədə bir neçə il öncə araşdırma yazıları ilə çıxış etmişdi.
Viktor Feşenkonun yazdığına görə, Amerika Birləşmiş Ştatlarına məxsus “Global Gold Armenian Ltd” şirkəti dağlıq Qarabağdakı ən böyük şirkətlərdən biridir.
“Global Gold Armenian Ltd” 1995-ci ildə yaradılıb və onun yaradılması haqqında sazişi şahid qismində ABŞ-ın Ermənistandakı səfiri Piter Tomson imzalayıb.
ABŞ-ın “ATA-Bank MS“ (DQ-də bank işinin təkmilləşdirilməsi üçün 1,8 milyon dollar sərmayə qoyub.
Həmçinin ABŞ-ın avtomobillərə texniki yardım göstərən və dünyanın 100-dən artıq ölkəsində ofisləri olan “GS Motors” şirkəti də 2014-cü ilin avqust ayından etibarən Xankəndində maşınlara texniki yardım göstərən mərkəz açıb.
Yüzlərlə ABŞ istehsalı olan müxtəlif “Caterpillar” maşınları, ABŞ -ın “John Deere” şirkətlərinin kənd təsərrüfatı traktorları və avadanlıqları, həmçinin digər texnikalar Qarabağda mədənçilik, kənd təsərrüfatı, yaşayış məntəqələrinin genişləndirilməsi və dəstək infrastrukturunun tikilməsində qeyri-qanuni istifadə olunub.
Yazıda qeyd olunub ki, Dağlıq Qarabağdakı ən böyük qanunsuz şirkətlərə ABŞ rəhbərlik edib və milyon dollarla pullar qazanıb. Bir çox konqresmenlərin də həmin şirkətlətlə birbaşa və dolayısı ilə bağlılığı olub.
Bu qeyri-qanuni fəaliyyət nəticəsində xarici şirkətlər tərəfindən hər il Qarabağ separatçıları üçün 37 841 800$ investisya qoyulub, bu isə işğal altında olan bölgədə 1725 daimi iş yerinin yaranmasına səbəb olub.
Ağanisə Sultan, Bizim.Media
- A-
- A
- A+
Dünya
16:00 / 14.11.2020
ABŞ Qarabağda seperatizmə nə qədər pul xərcləyib?
Hazırda oxunan: ABŞ Qarabağda seperatizmə nə qədər pul xərcləyib?
Hazırda oxunan: ABŞ Qarabağda seperatizmə nə qədər pul xərcləyib?
2640
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.