Netanyahu: İsrail həm müdafiə olunmağa, həm də hücum etməyə hazırdır

Netanyahu: İsrail həm müdafiə olunmağa, həm də hücum etməyə hazırdır

Hazırda oxunan: Netanyahu: İsrail həm müdafiə olunmağa, həm də hücum etməyə hazırdır

262096

İsrail ordusu həm müdafiə olunmağa, həm də hücum etməyə hazırdır.

 

Sfera.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Təl-Əviv şəhəri ətrafındakı Təl ha-Şomer hərbi bazasına səfəri zamanı orduya yeni çağırılanlara müraciətində deyib.

 

O bildirib ki, İsrail düşmənlərinə zərbələr endirir və özünü müdafiə etməkdə qərarlıdır.

 

Xatırladaq ki, daha əvvəl “Al Arabiya” telekanalı İranın və Livanın “Hizbullah” hərəkatının HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyənin Tehranda öldürülməsinə qarşılıq verəcəyini gözlədiyini bildirmişdi. İran İsrailə hücum zamanı Qüds və Təl-Əvivdəki hökumət binalarını, o cümlədən Baş nazir Benyamin Netanyahunun ofisini və parlamenti vurmağı planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO