Rusiyada 2050-ci ildə rus qalmayacaq

Rusiyada 2050-ci ildə rus qalmayacaq

Hazırda oxunan: Rusiyada 2050-ci ildə rus qalmayacaq

261693
Rusiyanın ailə, anaların və uşaqların qorunması məsələləri üzrə Patriarx Komissiyasının sədri Dmitri Smirnov 2050-ci ilə kimi Rusiyada rusların tükənəcəyini bildirib.

“Regnum” informasiya agentliyinin məlumatına görə, bu barədə Smirnov “Qovorit Moskva” radiostansiyasının efirində etdiyi çıxışda danışıb.

Efirdə onun Rusiya müftiləri şurasının sədri Ravil Qaynutdinin 15 ildən sonra Rusiya vətəndaşlarının üçdə bir hissəsinin müsəlman olacağı barədə dediklərini şərh etməsini xahiş ediblər.

Smirnov bu fikirlə razılaşaraq, proqnozların düzgün olduğunu, Rusiyada əsasən müsəlmanların çoxövladlılığa üstünlük verdiyini vurğulayıb.

“Tatarlar yox, məhz qafqazlılar. Çeçenlərdə də, inquşlarda da ailədə səkkiz övlad olur. Burada (Rusiyada – red.) tamamilə başqa xalqlar yaşayacaq: çeçenlər, inquşlar və ərəblər”, - deyə baş keşiş bildirib.

Smirnov bu tendensiyanın labüd olduğunu dilə gətirib.

Qeyd edək ki, “Rosstat”ın məlumatına görə, Rusiya Federasiyasında doğum halları kəskin şəkildə azalıb və son illər ərzində ilk dəfə olaraq əhalinin təbii azalması qeydə alınıb.(oxu.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO