Sibirdə rusların gəlişinə qarşı mübarizə aparan qadının abidəsi UCALDILACAQ

Sibirdə rusların gəlişinə qarşı mübarizə aparan qadının abidəsi UCALDILACAQ

Hazırda oxunan: Sibirdə rusların gəlişinə qarşı mübarizə aparan qadının abidəsi UCALDILACAQ

259943

Tümen vilayətinin Tobolsk rayonunda yerləşən "İsker" tarixi-memorial kompleksində rusların gəlişinə qarşı mübarizə aparan Suzge-xanımın heykəlinin qoyulması planlaşdırılır. O, Sibir xanı Küçümün arvadlarından biri olub.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat kompleksin rəsmi "VKontakte" səhifəsində paylaşılıb.
 

Abidənin qoyulması təşəbbüsü ilə "İrs" təşkilatının Tümen vilayəti üzrə regional şöbəsinin sədri Luizə Şamsutdinova çıxış edib. Bildirilir ki, layihə hələ regionun milli məsələlər üzrə komitəsi ilə razılaşdırılmayıb.


Əfsanələrə görə, Suzge-xanım rusların Sibirdə irəliləməsinə qarşı çıxıb.

Onun əri Küçüm xan isə Buxara Şeybanilər sülaləsinin nümayəndəsi olub. O, Moskvaya sadiq olan və Rusiyanın vassallığını qəbul etmiş Taybuqi nəslindən olan Yedigər xanı devirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO