Trampa qarşı cinayət işinə xitam verildi

Trampa qarşı cinayət işinə xitam verildi

Hazırda oxunan: Trampa qarşı cinayət işinə xitam verildi

259760

Florida ştatının Cənub Dairəsinin Federal Məhkəməsi ABŞ-nin keçmiş prezidenti Donald Trampın məxfi sənədləri düzgün saxlamaması ilə bağlı bütün ittihamları rədd etmək qərarına gəlib.

 

Müvafiq qərar qurumun elektron məlumat bazasında dərc edilib.

 

Sfera.az TASS-a istinadən xəbər verir ki, məhkəmə katibinə bu işə xitam verilməsi tapşırılıb. İş üzrə təyin edilmiş bütün dinləmələr ləğv edilib.

 

Qeyd edək ki, 2022-ci ilin avqustunda Trampın Floridadakı Mar-a-Laqo malikanəsində aparılan axtarış zamanı Federal Təhqiqat Bürosunun (FBI) əməkdaşları ümumilikdə 102 sənəd ələ keçiriblər. Onlardan 17-si "tam məxfi" kimi təsnif edilib.

 

2023-cü ilin iyununda Mayami məhkəməsi eks-prezidenti məxfi sənədlərlə düzgün işləməməkdə ittiham edib. Ağ Evin keçmiş sahibinin özü iddia edib ki, tələskənlik və iş yükü çox olduğundan sənədləri qaytarmağa vaxt tapmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO