İsraildə İran kəşfiyyatına çalışan şəxs TUTULDU

İsraildə İran kəşfiyyatına çalışan şəxs TUTULDU

Hazırda oxunan: İsraildə İran kəşfiyyatına çalışan şəxs TUTULDU

259232

İsrailin “Beer-Yaakov” şəhərində yaşayan 27 yaşlı Or Beylinə qarşı İran agentinin tapşırıqlarını yerinə yetirdiyinə görə ittiham irəli sürülüb.

Bizim.Media xəbər verir ki, bu barədə “detaly.co.il” portalı yazıb.

İttiham aktında göstərilir ki, Beylin təxminən dörd ay ərzində “Yoni” adlı şəxs kimi təqdim olunan İran agenti ilə əlaqə saxlayıb və ondan onlarla tapşırıq qəbul edərək yerinə yetirib.

Bu xidmətlərinin müqabilində o, təxminən 9 min dollar məbləğində pul alıb.

Ona qarşı xarici agentlə əlaqə qurmaqda ittiham irəli sürülüb.

Prokurorluq Tel-Əviv əyalət məhkəməsinə müraciət edərək təqsirləndirilən şəxsin məhkəmə prosesi başa çatanadək həbsdə saxlanılmasını tələb edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO