Fransa portalı müharibədə itkin düşən 4 min azərbaycanlının taleyindən yazdı - FOTO

Fransa portalı müharibədə itkin düşən 4 min azərbaycanlının taleyindən yazdı - FOTO

Hazırda oxunan: Fransa portalı müharibədə itkin düşən 4 min azərbaycanlının taleyindən yazdı - FOTO

25860

Azərbaycanın yeganə fransızdilli mətbu orqanı “Le Carrefour” (Yol qovşağı) qəzetinin təsisçisi Zeynab Kazımovanın Fransanın “www.musulmansenfrance.fr” xəbər portalında “Ermənistan hələ də birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000 azərbaycanlının taleyi barədə məlumat verməkdən imtina edir” sərlövhəli məqaləsi yayımlanıb. 

Bizim.Media xəbər verir ki, müəllif məqalədə əvvəlcə Ermənistan Xarici İşlər Nazirliyinin iyunun 18-də verdiyi açıqlamasında Azərbaycanı 44 gün davam edən müharibə zamanı Ermənistan tərəfindən qanunsuz olaraq döyüşənləri mühakimə etməkdə təqsirləndirdiyini bildirib və Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bununla məlumatını diqqətə çatdırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Pakistan mediası erməni vandallığından yazdı: “Tarixi, mədəni abidələri dağıdıblar”


Jurnalist Azərbaycan tərəfinin istintaqında olan ermənilərin 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyannamə imzalanandan sonra Azərbaycan ərazisinə daxil olan terror qruplaşmasının üzvü olduğunu qeyd edir. O, bildirir ki, bu qrupun təxribatçı fəaliyyəti nəticəsində 4 azərbaycanlı əsgər öldürülüb və bir mülki şəxs ağır yaralanıb. 

“Təqsirləndirilən erməni əsilli Livan vətəndaşı, 44 günlük müharibə zamanı xarici hərbi muzdlu olaraq Azərbaycan hərbçilərinə və mülki şəxslərə qarşı döyüşlərdə iştirak edib. Digər iki Ermənistan vətəndaşı hazırda birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın mülki şəxslərinə və əsgərlərinə işgəncə verməkdə günahlandırılır”, - deyə müəllif diqqətə çatdırır. 

Müəllif xatırladır ki, Fransanın gündəlik nəşri olan “La Croix” qəzetinin mayın 28-dəki sayında Ermənistanın minalar qoymaqla məşğul olan döyüş mühəndislərinin olduğu bildirilib. 

Zeynab Kazımova qeyd edir ki, Azərbaycan humanizm prinsipləri ilə hərəkət edərək indiyə qədər bəzi əsirləri Ermənistana verib. “Azərbaycan 44 günlük müharibədə əsir düşmüş 15 erməni əsgərini Ermənistanın Ağdam rayonunun 97 min tank əleyhinə və piyadaya qarşı mina xəritəsini vermək müqabilində azad edib.

Ermənistan isə hələ də birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000 azərbaycanlının taleyi barədə məlumat verməkdən imtina edir.

Torpaqlar azad edildikdən sonra Kəlbəcər rayonunun Başlıbel kəndində aşkarlanan kütləvi məzarlıq Ermənistanın törətdiyi müharibə cinayətlərinin və Ermənistan tərəfindən itkin düşmüş azərbaycanlılar haqqında məlumatların gizlədilməsinin bariz sübutudur”, – deyə məqalədə vurğulanır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO