Kadırovun oğlu toyundan sonra Putinlə FOTOSUNU paylaşdı

Kadırovun oğlu toyundan sonra Putinlə FOTOSUNU paylaşdı

Hazırda oxunan: Kadırovun oğlu toyundan sonra Putinlə FOTOSUNU paylaşdı

257563

Çeçenistan rəhbəri Ramzan Kadırovun 17 yaşlı oğlu və respublikanın Təhlükəsizlik Şurasının katibi Adam Kadırov Rusiya prezidenti Vladimir Putinə müraciət edib və sosial şəbəkədə Rusiya lideri ilə birgə fotosunu paylaşıb.

Bizim.Media xəbər verir ki, Adam Kadırov paylaşımında Rusiya prezidentinə çeçen xalqı üçün etdiyi hər şeyə görə təşəkkürünü bildirib.

“Xüsusilə bizim ailəmiz üçün sizin davamlı diqqətiniz çox dəyərlidir,” – deyə o vurğulayıb.

Fotoya əlavə olunan şəkildə gənc Kadırov Rusiya liderinin əlini sıxır. Lakin bu fotonun harada və nə vaxt çəkildiyi məlum deyil.

Əvvəlki xəbərlərə görə, Çeçenistanın milli siyasət naziri Əhməd Dudayev bildirib ki, 28 iyun tarixində Vladimir Putin Çeçenistan Təhlükəsizlik Şurasının katibi ilə qeyri-rəsmi görüş keçirib.

Onun sözlərinə görə, dövlət başçısı Adam Kadırovu yaxınlaşan toy münasibətilə təbrik edib və ona xoşbəxt ailə həyatı arzulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO