Qazaxıstanda ictimai yerlərdə niqab taxmaq QADAĞAN EDİLDİ

Qazaxıstanda ictimai yerlərdə niqab taxmaq QADAĞAN EDİLDİ

Hazırda oxunan: Qazaxıstanda ictimai yerlərdə niqab taxmaq QADAĞAN EDİLDİ

257395

Qazaxıstanda ictimai yerlərdə niqab taxmaq qadağan edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qanun imzalayıb.

Qanunla ictimai yerlərdə üzün tanınmasını çətinləşdirən geyimlər qadağan edilir.
 

Sənədə əsasən, üzü örtən paltarın geyinilməsinə yalnız müəyyən hallarda icazə verilir: qanunla, xidməti vəzifələrin tərkib hissəsi kimi, tibbi səbəblərdən, əlverişsiz hava şəraitindən qorunmaq üçün, mülki müdafiə məqsədləri ilə, idman və mədəni tədbirlərdə iştirak edərkən.


Bundan sonra qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, Qazaxıstanda ictimai yerlərdə üzün tanınmasına mane olan paltar geyinmək qadağan olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO