İyunun 25-də saat 12:26-da İzmirin Aliağa rayonundan başlayaraq Foçaya keçən meşə yanğını hələ də söndürülməyib.
Bizim.Media "Anadolu" agentliyinə istinadən bildirir ki, İzmir valisi Süleyman Elban ilk müdaxilənin yanğın başlayandan 23 dəqiqə sonra havadan edildiyini deyib. Onun sözlərinə görə, yüksək temperatur, rütubətin azlığı və şiddətli külək səbəbindən yanğın sürətlə yayılır və hələ də nəzarət altına alınmayıb.
Yanğına səkkiz təyyarə, 16 helikopter, 71 yanğınsöndürən maşın, 33 iş maşını, 44 su tankeri və 625 personalla müdaxilə edilir.
Sakinlərin bir hissəsi təhlükəsizlik məqsədilə təxliyə edilib.
Yanğınsöndürənlərdən dörd nəfər tüstüdən zəhərlənib, onlardan ikisi xəstəxanaya yerləşdirilib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:54 / 26.06.2025
İzmirdə meşə yanğını davam edir – Söndürə bilmirlər
Hazırda oxunan: İzmirdə meşə yanğını davam edir – Söndürə bilmirlər
Hazırda oxunan: İzmirdə meşə yanğını davam edir – Söndürə bilmirlər
256702
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.