Reytinq cədvəlində Stalin və Lenin Putini geridə qoydu - TƏFƏRRÜAT 

Reytinq cədvəlində Stalin və Lenin Putini geridə qoydu - TƏFƏRRÜAT 

Hazırda oxunan: Reytinq cədvəlində Stalin və Lenin Putini geridə qoydu - TƏFƏRRÜAT 

25656

2017-ci ildən bəri Prezident Vladimir Putini ölkə tarixində görkəmli şəxsiyyət kimi qəbul edən rusların sayı təxminən iki dəfə yarım azalıb. 

Bizim.Media xəbər verir ki, bunu Levada Mərkəzinin apardığı sorğunun nəticələri sübut edir. 

2017-ci ildə Putin anketdən 34 faizlə çıxıb, indisə 15 faizə sahibdir. 

2003-cü ildə Putini oxşar sorğunun hər beşinci (% 22) iştirakçısı, 2008-ci ildə hər üçüncüsü (32%) görkəmli şəxsiyyət kimi qəbul edib. 

2021-ci ilin may ayına olan reytinqdə birinci yeri İosif Stalin (% 39) tutur. Sonrakı yerlərdə Vladimir Lenin (30%), Aleksandr Puşkin (23%) qərarlaşıb. 

Putin ilk beşliyi tamamlayıb. I Pyotr 19 faizlə onu keçib. Çar I Pyotr 1994 və 1999-cu illərdə (% 41) reytinqin lideri idi. 1989-cu ildə ölkənin sakinləri Lenini birinci yerə (% 72) layiq görüblər. 

O, 2003-cü ildə I Pyotrla birlikdə birinci yeri bölüşüb. (hər biri % 43). 2007-ci ildə ruslar Puşkinin ən görkəmli (% 47) olduğunu söyləyiblər.  

2012-ci ildən bəri Stalin siyahının lideri olaraq qalır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO