Federal Ədalət Palatasının həbs qərarı əsasında Almaniya universitetlərindən birinin fizika-texnologiya kafedrasının elmi əməkdaşı həbs olunub.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “echo.msk.ru” saytı yayıb.
Mənbə tutulan şəxsin soyadını çəkməyib.
Federal Prokurorluğun təqdim etdiyi press-relizdə yalnız saxlanılan şəxsin adı verilir: İlnur.
29 yaşlı alim Rusiya gizli xidmətinin xeyrinə işləməkdə şübhəli bilinir.
Məlumatda bildirilir ki, İlnur 2020-ci ilin oktyabrından 2021-ci ilin iyununadək Rusiya gizli xidmətinin əməkdaşı ilə 3 dəfə görüşüb.
İki görüş zamanı şübhəli bilinən Rusiya vətəndaşı agentə universitet mənbələrindən gizli məlumat ötürüb. Bunun üçün elmi işçi nağd şəkildə pul alıb. Alman mətbuatı bunun Bavariyanın Augsburg şəhərindəki bir universitet olduğunu yazır. Həbslə paralel olaraq şübhəlinin yaşayış evində və ofisində axtarışlar aparılıb.
Qeyd edək ki, Almaniya Federativ Respublikasında casusluq fəaliyyətinə görə pul cəriməsi və ya beş ilə qədər həbs cəzası nəzərdə tutulur.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:39 / 21.06.2021
Almaniya ilə Rusiya arasında casus QALMAQALI
Hazırda oxunan: Almaniya ilə Rusiya arasında casus QALMAQALI
Hazırda oxunan: Almaniya ilə Rusiya arasında casus QALMAQALI
25644
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.