Rusiyalı deputat:

Rusiyalı deputat: "Moskva Paşinyanın qələbəsini tanıyacaq"

Hazırda oxunan: Rusiyalı deputat: "Moskva Paşinyanın qələbəsini tanıyacaq"

25592

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi” partiyasının erkən parlament seçkilərində qələbəsi İrəvan və Moskva arasındakı münasibətlərdə minimum dəyişikliklərə səbəb olacaq. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası, həmyerlilərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov İnterfaks agentliyinə açıqlamasında səsləndirib. 

"Paşinyanın partiyasının parlament seçkilərindəki qələbəsi Ermənistanla münasibətlərimizə ən az dərəcədə təsir göstərəcək, çünki bu münasibətlər artıq sınaqdan keçirilib və Dağlıq Qarabağdakı nizamlanmaya dair üçtərəfli razılaşmada təsbit edilib”, deyə Kalaşnikov bazar ertəsi qeyd edib. Onun fikrincə, parlamentin yeni tərkibinin formalaşmasında “Rusiya Federasiyası ilə Ermənistan arasında hərbi-texniki əməkdaşlıq yolu ilə münasibətlərdə heç bir dəyişiklik olmayacaq”. 

Kalaşnikov düşünür ki, "Köçəryanın bloku parlamentdə çoxluq qazansaydı, köhnə ortağımız olmasına baxmayaraq əlavə təlatüm yaradardı". 

"Bunu hər kəs bunu başa düşdü, buna görə də düşünürəm ki, böyük ehtimalla, Moskva bu seçkiləri tanıyacaq", deyə komitə rəhbəri bildirib. 

O, əlavə edib ki, “seçkilərin nəticələrindən sonra Ermənistan daxilində uzun müddətdir bölünən cəmiyyət birləşəcək". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO