Çin Elmlər Akademiyasının alimləri tarixdə ilk dəfə donuz embrionlarında funksional, insan hüceyrələrindən ibarət miniatür ürəklər yetişdiriblər.
Bizim.Media "Naked Science" nəşrinə istinadla xəbər verir ki, bu barədə Honkonqda keçirilən Beynəlxalq Kök Hüceyrə Araşdırmaları Cəmiyyətinin (ISSCR) konfransında təqdim olunub.
Tədqiqatda donuz embrionlarından ürək formalaşmasına cavabdeh iki gen çıxarılıb və erkən mərhələdə onlara genetik baxımdan gücləndirilmiş insan kök hüceyrələri yeridilib.
Embrionlar 21 günə qədər yaşayıb, bu müddətdə içərisində insan hüceyrələrindən ibarət, barmaq ucu böyüklüyündə ürəklər inkişaf edib. Ürəyin insan hüceyrələrindən formalaşdığı isə flüoresan markerlərlə təsdiqlənib.
Bu, gələcəkdə donuzlarda tam insan orqanları yetişdirib, onları transplantasiya üçün istifadə etməyə bir addım da yaxınlaşmaq deməkdir. (Oxu.Az)
Bizim.Media

- A-
- A
- A+
Dünya
13:17 / 19.06.2025
Çin alimləri ilk dəfə donuz embrionunda insan ürəyi yetişdirdilər
Hazırda oxunan: Çin alimləri ilk dəfə donuz embrionunda insan ürəyi yetişdirdilər
Hazırda oxunan: Çin alimləri ilk dəfə donuz embrionunda insan ürəyi yetişdirdilər
255536
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.