Azərbaycan diasporu Madriddə bir araya gəldi – FOTO

Azərbaycan diasporu Madriddə bir araya gəldi – FOTO

Hazırda oxunan: Azərbaycan diasporu Madriddə bir araya gəldi – FOTO

25501

Azərbaycanın Madriddəki səfirliyində səfir Ramiz Həsənov və İspaniyada yaşayan Azərbaycan diasporunun nümayəndələri arasında görüş keçirilib.

Bizim.Media xəbər verir ki, səfirlikdəki görüş 15 İyun - Milli Qurtuluş Gününə həsr edilib.

Səfir Ramiz Həsənov diaspor nümayəndələrini salamlayaraq, Azərbaycan dövlətçiliyinin çoxəsrlik tarixindəki Heydər Əliyev dövrünün vacib, misilsiz və əvəzolunmazlığını bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Diaspor Komitəsindən dünya azərbaycanlılarına MÜRACİƏT


15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür, tarixin ən parlaq səhifələrindən biri olaraq, bu gün dünya azərbaycanlılarının xoşbəxt gələcəyinin əsasını qoyan günlərdən biridir. Dövlətçilik tariximizin şanlı səhifəsi olan bu tarix məhz Ulu Öndərin sayəsində meydana gəlib”.

44 günlük Vətən müharibəsindəki şərəfli Qələbədən danışan səfir Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin ölkəmizin Qarabağ müharibəsində Qələbəsini və Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin etdiyini vurğulayıb.

Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə baş tutan bu Qələbə xalqımızın mərdliyini, cəsarətini göstərdi və bütün dünya azərbaycanlılarının vətənpərvərlik ruhunu yüksəldib.

Azərbaycan diasporu nümayəndələrinə müraciət edən Ramiz Həsənov milli məsələlərdən söhbət gedərkən, ümumi konsolidasiyaya zərurətin olduğunu vurğulayıb.

Səfir həmvətənlərimizi İspaniyada Azərbaycan həqiqətlərinin təbliği, ispan cəmiyyətinə inteqrasiya istiqamətində səyləri artırmağa çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO