Qəzaya uğrayan təyyarənin bütün sərnişinləri həlak oldu - VİDEO

Qəzaya uğrayan təyyarənin bütün sərnişinləri həlak oldu - VİDEO

Hazırda oxunan: Qəzaya uğrayan təyyarənin bütün sərnişinləri həlak oldu - VİDEO

254370

İlkin məlumata görə, Hindistanın Əhmədabad şəhərində qəzaya uğrayan “Boeing 787 Dreamliner” sərnişin təyyarəsinin göyərtəsində olan 242 nəfərin hamısı həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə polis orqanları məlumat yayıb.

Xatırladaq ki, Hindistanın qərbində yerləşən Əhmədabad şəhərinin aeroportundan havaya qalxan “Air India” aviaşirkətinə məxsus “Boeing 787 Dreamliner” sərnişin təyyarəsi bir neçə dəqiqədən sonra həkimlərin yataqxanasının yerləşdiyi binanın üzərinə düşüb.

Qəza zamanı Londona uçan təyyarənin göyərtəsində 242 sərnişin, o cümlədən iki pilot və 10 bələdçi olub. Hazırda qəza yerində axtarış-xilasetmə işlər davam edir. Qəzanın səbəbləri hələlik məlum deyil.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO