İranda seçki qutusundan İlham Əliyev və Ərdoğanın adı çıxdı - FOTO

İranda seçki qutusundan İlham Əliyev və Ərdoğanın adı çıxdı - FOTO

Hazırda oxunan: İranda seçki qutusundan İlham Əliyev və Ərdoğanın adı çıxdı - FOTO

25428

İranda seçki qutusundan Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Türkiyə Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın adı çıxıb.

Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkədə fotolar yayılıb.

Fotolarda səsvermə bülletenlərinin üzərində İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan yazıldığı əks olunub.

Qeyd edək ki, İranda dünən keçirilən prezident seçkilərində 4 namizəd mübarizə aparıb. 

Bunlar məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi, İslam İnqilabı Keşikçiləri Korpusunun sabiq komandanı Möhsün Rezai, parlament sədrinin müavini Hüseyn Həzizadə Haşemi və islahatçı, Mərkəzi Bankın sabiq sədri Əbdülnasir Hümməti olub. Məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi  ümumi səslərin 50%-dən çoxunu toplayaraq qalib gəlib. İlkin nəticələrə əsasən, Rəisi 28.6 milyon seçicidən 17.6 milyonun səsini alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO