Bəzi yəhudilər də vəhhabilər kimi niqab örtürxa0və hədsiz uzun saqqal saxlayır…- FOTO+VİDEO

Bəzi yəhudilər də vəhhabilər kimi niqab örtürxa0və hədsiz uzun saqqal saxlayır…- FOTO+VİDEO

Hazırda oxunan: Bəzi yəhudilər də vəhhabilər kimi niqab örtürxa0və hədsiz uzun saqqal saxlayır…- FOTO+VİDEO

254216

xa0

Son vaxtlar dünyada, xüsusən ABŞ və Avropada hicablı, niqablı bir qadın, yaxud uzun saqqallı bir kişi görən kimixa0 onu müsəlman, bəzən də “terrorçu müsəlman” kimi qələmə verərək hay-küy qaldırır, belə geyim və görünüşdə ictimai yerlərdə gəzməyi qadağan edirlər. Ancaq məlumdur ki, digər dinlərdə, o cümlədən iudey- yəhudi dinində də xanımları maksimum dərəcədə qara örtüklə xa0örtünən, kişiləri isə qurşağınadək sallanan saqqalla gəzən radikal qruplar var. Halbuki, əsl İslam şəriəti qadınlara üzü örtməyi, kişilərə isə hədsiz uzun saqqal saxlamağı qadağan edir…

xa0

Moderator.az-ın xarici İslam saytlarına istinadla təqdim etdiyi fakt və görüntülər də deyilənləri təsdiqləyir. xa0xa0xa0

xa0

Məlumata görə, Fələstində yaşayan bəzi yəhudilər arasında müqəddəs Tövrata mümkün qədər dəqiq şəkildə riayət etməyə çalışan bir dini qrup var. Küçədə bu yəhudi icmasının qadınları əsasən niqabla örtünən, xüsusən vəhhabi təriqətinə mənsub Səudiyyə Ərəbistanı və Yəmən xanımları ilə qarışdırıla bilər...

Bu ortodoksal yəhudilər hesab edir ki, xa0müasir televiziya günah dolu verilişlər xa0nümayiş etdirir və buna əsasən televiziya seyrini yasaqlayırlar. Halbuki, İslam texnoloji yeniliklərdən, o cümlədən televiziya və internetdən istifadəni bəyənir, sadəcə, həmin vasitələrdən xoş niyyətlə yararlanmağı tövsiyə etməklə günah, haram dolu veriliş və filmlərə baxmağı məsləhət görmür.

xa0

Təqdim edilən videoda uzun saqqallı radikal yəhudilərin təyyarədə televiziyanın haram olması haqda danışaraq salondakı teleekranı qara örtüklə bağlaması və buna əl çalması aydın görünür...

xa0

P.S. Maraqlıdır ki, bəzi mötəbər mənbələr vəhhabiliyin İslamı məhv etmək məqsədi güdən Böyük Brtaniya imperiyası tərəfindən məhz müsəlman cildinə girmiş müəyyən xa0yəhudi qruplar vasitəsilə süni şəkildə formalaşdırdığını bildirir... xa0

xa0

Sultan Laçın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO