Qlobal istiləşmə səbəbindən Yerdə temperatur yüksəldiyi halda planetin bir hissəsi soyumağa başlayır.
Bizim.Media xəbər verir ki, bu barədə "Journal of Climate" jurnalında araşdırma məqaləsi dərc olunub.
Bildirilir ki, soyuma Qrenlandiyanın cənubunda Atlantik okeanında baş verir. Bu yer "soyuq damla" və ya "Şimali Atlantik istiləşmə dəliyi" kimi də tanınır.
"Soyuq damla" qlobal istilik xəritələrində anomal mavi ləkə kimi görünür. Qlobal istiləşmə nəticəsində okeanların orta temperaturu yüksəlsə də, "soyuq damla"da bunun əvəzinə temperaturun aşağı düşdüyünü göstərir.
Alimlər 2040-cı ildən etibarən küləklərin dəyişməsinin okean sirkulyasiyasına təsir edəcəyini və soyumanı gücləndirəcəyini proqnozlaşdırırlar. (Oxu.Az)
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:36 / 11.06.2025
Yer kürəsi isinir, lakin planetin yalnız bir yeri soyuyur – SƏBƏB
Hazırda oxunan: Yer kürəsi isinir, lakin planetin yalnız bir yeri soyuyur – SƏBƏB
Hazırda oxunan: Yer kürəsi isinir, lakin planetin yalnız bir yeri soyuyur – SƏBƏB
254070
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.