İran şahının nəvəsi yəhudi iş adamı ilə evlənir – FOTO

İran şahının nəvəsi yəhudi iş adamı ilə evlənir – FOTO

Hazırda oxunan: İran şahının nəvəsi yəhudi iş adamı ilə evlənir – FOTO

253971

İranın sonuncu şahının nəvəsi İman Pəhləvi bir müddət əvvəl Nyu-Yorkda keçirilən toy mərasimindən sonra yəhudi əsilli amerikalı iş adamı Bredli Şermanla Parisdə evlənib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Kayhan Life” nəşri yayıb.

Cütlük nikahlarını keçən ay Nyu Yorkdakı Manhetten Qeydiyyat Bürosunda rəsmi olaraq qeydiyyatdan keçirib. Onların rəsmi toyunda yalnız yaxın ailə üzvləri, o cümlədən İmanın atası, İranın keçmiş vəliəhdi Rza Pəhləvi iştirak edib. Bununla belə, Nyu-Yorkdakı şəxsi şənlikdən sonra İman və Bredli Parisdə dostları və ailəsi üçün dəbdəbəli toy ediblər.

Qeyd edək ki, bayram ötən həftə sonu keçirilib və şahın dul arvadı Fərəh Pəhləvi və gəlinin bacıları Nur və Fərəh də daxil olmaqla İran kral ailəsinin üzvləri bir araya gəlib.

Xatırladaq ki, cütlük Nyu Yorkda yaşayır. 31 yaşlı İman Pəhləvi “American Express”də işləyir, əri isə “Matternet” dron çatdırılma şirkətində tərəfdaşlıq rəhbəridir.

Sosial mediada yayımlanan görüntülərdə yəhudilərin toylarında adi bir ənənə olan bəylə gəlinin stulların üzərində qaldırıldığı zaman hora rəqsi əks olunub. Bu, mərasim üçün diqqətəlayiq məqamlardan biri olub.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO