Gürcüstan əcnəbilərlə bağlı qanuna dəyişiklik edəcək

Gürcüstan əcnəbilərlə bağlı qanuna dəyişiklik edəcək

Hazırda oxunan: Gürcüstan əcnəbilərlə bağlı qanuna dəyişiklik edəcək

253845

Gürcüstanda qanuni əsası olmadan qalan əcnəbilərə qarşı yeni cəza növü tətbiq olunacaq.

Bizim.Media xəbər verir ki, bununla bağlı ölkənin cinayət və inzibati xətalar məcəllələrinə əlavələr ediləcək.

“Gürcü Arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze keçirdiyi brifinqdə bildirib ki, Gürcüstanda qalma qaydalarını pozan əcnəbilər ölkədən qovulacaq və onların ölkəyə girişinə müəyyən müddətə qadağa qoyulacaq. O, qanun pozuntularına yol vermiş əcnəbilər üçün cərimələrin məbləğinin artırılacağını, onların ölkədən çıxarılması prosedurunun sadələşdiriləcəyini qeyd edib.

M.Mdinaradzenin sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinə əcnəbinin Gürcüstandan çıxarılması və ölkəyə girişinə qadağa kimi yeni inzibati cəza növünün əlavə edilməsi nəzərdə tutulub.(Teleqraf.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO