Ağıllara durğunluq verən tibbi hadisə İngiltərədə baş verib. 28 yaşlı Tanya Evans adlı qadın bir gün nəcisini qusduğu üçün xəstəxanaya aparılıb və o gündən sonra həyatı heç vaxt əvvəlki kimi olmayıb.xa0
Moderator.az xəbər verir ki, Evansın illərdir davam edən kabusu 2014-cü ildə başlayıb. Gənc qadın bağırsaq dolaşması şübhəsi ilə xəstəxanaya aparılıb.xa0
"Dadı çox iyrənc olan qara bir şey qusurdum. Həkimlər müayinədən sonra mənə dəhşətli həqiqəti söylədilər. Qusduğum şey öz nəcisim idi” deyən qadın əməliyyat keçirdiyini və torba ilə yaşamağa başladığını deyib.xa0
Əməliyyatdan sonra yaxşılaşmağa başlayan qadın kabusun bitdyini zənn etdiyini, ancaq hər şeyin daha yeni başladığını bildirib. Əməliyyatdan günlər sonra qadın ağrılarının yarandığını və qarının böyüməyə başladığını deyib.xa0
Müayinələr nəticəsində qadının qarnında yırtıq olduğu və vəziyyəti pisləşərsə əməliyyatın qaçılmaz olduğu bildirilib. Ancaq Evans əməliyyat olunmağı qəbul etməyib, çünki uşaq sahibi olmaq istəyirdi.xa0
Evansın əzab dolu həyatı 2016-cı ildə qızını qucağına alanda bir az da dözülməz hala gəldi.xa0 Evans bir tərəfdən uşağına baxarkən bir yanda da hər keçən gün böyüyən yırtıq ağrısı ilə yaşamağa məcbur idi. Bu əziyyət 2 il ərzində davam etdi.xa0
2018-ci ildə əməliyyat olan qadın qarnındakı yırtığınxa0 bağırsaqlarına çox zərər verdiyi üçün düz bağırsağı və anusunun əməliyyatla götürüldüyünü deyib.xa0 Yaşadıqlarının çox çətin olduğunu qeyd edən gənc qadın ən böyük xoşbəxtliyinin qızını qucağına ala bilmək olduğunu deyib.xa0
Kamran

































































































