Əgər Rusiya hər ay 25 "Oreşnik" istehsal etsəydi... – Kovalenko

Əgər Rusiya hər ay 25 "Oreşnik" istehsal etsəydi... – Kovalenko

Hazırda oxunan: Əgər Rusiya hər ay 25 "Oreşnik" istehsal etsəydi... – Kovalenko

253753

Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilən “Hörümçək toru” əməliyyatından sonra bir çox rus təbliğatçılar Kiyevə cavab zərbəsi endirməyə, xüsusən də “Oreşnik” raketindən istifadəyə çağırdı.

Bizim.Media xəbər verir ki, bu barədə ukraynalı hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko deyib.
 

"Ancaq çətin ki, Moskva belə bir hücumu həyata keçirə bilsin. 2024-cü il noyabrın 21-də "Oreşnik"lərin Dneprdə endirdiyi zərbədən sonra Rusiya artıq bu raketdən istifadə etməyib.


Bundan sonra bir sıra KİV-lər Rusiyanın hər ay 25 belə raket istehsal etdiyi barədə məlumatlar yaymağa başlayıb.

Əgər Rusiya həqiqətən də hər ay 25 "Oreşnik" istehsal etsəydi, 2025-ci ilin iyununda bu raketlərdən ən azı 150-nə sahib olardı. Bu, hətta düşmənin arsenalında olan X-47M2 "Xəncər" sayından da çoxdur. Rusiyanın aeroballistik raketlərdən daha çox qitələrarası orta mənzilli raketlərə sahib olması ehtimalı azdır", - o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO