Rusiyanın Leninqrad vilayətinin Vsevolojsk rayonunda 15 yaşlı məktəbli qızın evdə uşaq dünyaya gətirdiyi və körpəni bağlamanın içinə qoyaraq pəncərədən atdığı ehtimal olunur.
Bizim.Media xəbər verir ki, bu barədə 78.ru saytı məlumat yayıb.
Məlumata görə, körpəni hadisə yerinin yaxınlığında ərazini təmizləyən iki xadimə tapıb.
Onların çağırdığı təcili tibbi yardım briqadası yeni doğulmuş körpənin vəziyyətinin ağır olduğunu müəyyənləşdirib və onu xəstəxanaya aparıb.
Qəyyumluq və himayə orqanlarının yetkinlik yaşına çatmayanlarla iş üzrə şöbəsi tapılan körpə ilə bağlı aktı qəbul edib. Həmin akt əsasında doğum haqqında şəhadətnamə rəsmiləşdiriləcək.
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:17 / 06.06.2025
Məktəbli qız dünyaya gətirdiyi körpəni pəncərədən atdı - FOTO
Hazırda oxunan: Məktəbli qız dünyaya gətirdiyi körpəni pəncərədən atdı - FOTO
Hazırda oxunan: Məktəbli qız dünyaya gətirdiyi körpəni pəncərədən atdı - FOTO
253442
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.