Rusiya bu ilin əvvəlindən indiyədək 3200-dən çox mülki pilotsuz uçuş aparatı (PUA) istehsal edib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Baş nazirin müavini Vitali Savelyev Strateji İnkişaf və Milli Layihələr Şurasının iclasında məlumat verib.
Onun sözlərinə görə, 2024-cü ildə PUA istehsalı 2023-cü illə müqayisədə 2,5 dəfə artıb. Milli layihəyə əsasən, 2030-cu ilə qədər 46 min PUA istehsalı planlaşdırılır və yerli dronlar bazarın 70%-ni əhatə etməlidir.
Savelyev bildirib ki, ilin sonunadək 20-dən çox dronport istifadəyə veriləcək. Hazırda isə 8 regionda 31 dronport artıq quraşdırılıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
21:36 / 06.06.2025
Rusiya bu il 3 mindən çox dron istehsal edib
Hazırda oxunan: Rusiya bu il 3 mindən çox dron istehsal edib
Hazırda oxunan: Rusiya bu il 3 mindən çox dron istehsal edib
253437
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.