“Google”dan MÖHTƏŞƏM LAYİHƏ: Çilidən Avstraliyaya fiberoptik kabel çəkəcək

“Google”dan MÖHTƏŞƏM LAYİHƏ: Çilidən Avstraliyaya fiberoptik kabel çəkəcək

Hazırda oxunan: “Google”dan MÖHTƏŞƏM LAYİHƏ: Çilidən Avstraliyaya fiberoptik kabel çəkəcək

253141

Amerikanın “Google” korporasiyası və Çilinin infrastruktur layihələri ilə məşğul olan dövlət şirkəti “Desarrollo País” Avstraliyaya fiberoptik kabelin çəkilməsi ilə bağlı müqavilə imzalayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Cənubi Amerika ölkəsinin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Çilinin xarici işlər naziri Alberto Van Klaveren bildirib ki, Valparaiso bölgəsi 14 000 km-dən çox kabel vasitəsilə Avstraliya ilə birləşdiriləcək.
 

Müqavilə “Google” və “Desarrollo Pais”in bərabər paylara sahib olacağı “Humboldt Connect” adlı birgə şirkətin yaradılmasını nəzərdə tutur.


Kabelin 2025-2026-cı illərdə çəkiləcəyi, kommersiya istifadəsinə isə 2027-ci ildə başlanacağı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO