Kanadada yüzlərlə ev KÜLƏ DÖNDÜ – ANBAAN VİDEO

Kanadada yüzlərlə ev KÜLƏ DÖNDÜ – ANBAAN VİDEO

Hazırda oxunan: Kanadada yüzlərlə ev KÜLƏ DÖNDÜ – ANBAAN VİDEO

252979

Kanadanın Saskatçevan vilayətində baş verən güclü meşə yanğınları nəticəsində 400-dən çox yaşayış evi yanaraq külə dönüb.

Bizim.Media CBC telekanalına istinadən xəbər verir ki, bu barədə region rəhbərliyi məlumat yayıb.
 

Bildirilir ki, hazırda Saskatçevanda təxminən 9 min nəfər evlərini tərk etməyə məcbur olub. Yerli hakimiyyətin proqnozuna görə, bu rəqəm yaxın günlərdə 15 min nəfərə qədər arta bilər.


Saskatçevana qonşu olan Alberta və Manitoba vilayətlərində də genişmiqyaslı meşə yanğınları qeydə alınıb. Hələlik həmin bölgələrdə dəqiq dağıntı məlumatları yoxdur, lakin yaşayış evlərinin yandığı təsdiqlənib.

Son məlumata əsasən, bu üç vilayətdə 25 min nəfərdən çox insana məcburi təxliyə əmri verilib. Əhalinin köçürülməsi üçün hərbi-nəqliyyat aviasiyası da cəlb olunub. Bəzi sakinlərin evlərini tərk etməkdən imtina etdiyi bildirilib. Onların təxliyəsi üçün polis qüvvələri səfərbər olunacaq.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO