Cənubi Koreya Respublikasının yeni prezidenti seçilib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu haqda Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Belə ki, Toburo Demokratik Partiyasından olan namizəd Li Çje Myon 49,4% səslə qalib gəlib.
Səsvermə bülletenlərinin təqribən 95%-nin işlənməsi ilə Cənubi Koreya mediası artıq Li Çje Myonun qələbəsinin təmin olunduğunu bəyan edib.
Hakim mühafizəkar Vətəndaş Gücü Partiyasının namizədi Kim Mun Su isə 41,1% səs toplayıb.
Cənubi Koreya KİV-ləri qeyd ediblər ki, Li Çje Myonun səlahiyyət müddəti MSK sədrinin plenar iclasda seçilmiş prezidenti elan etdiyi vaxt başlayacaq.
Bizim.Media